“Sportinq” 20-ci çempionluğunu yaşaya bilər

Portuqaliyanın nəhəng klublarından “Sportinq Lissabon” tarixinin 20-ci çempionluğuna çox yaxındır.

Sportline.az xəbər verir ki, Portuqaliya Liqasının sonuna 4 həftə qalmış ən yaxın rəqibi “Benfika”nı 7 xal qabaqlayan “Sportinq Lissabon” çempionluğa doğru inamla irəlliyir.

Ruben Amorimin rəhbərlik etdiyi komanda bu mövsüm liqada çıxdığı 30 görüşdə 26 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət alıb.

Komandanın ən diqqət çəkən oyunçusu isə 24 qol, 10 asistlə isveçli hücumçu Viktor Qyokeredir.

Qeyd edək ki, “Sportinq” növbəti həftə derbidə “Porto”ya qalib gəlsə, “Benfika” da “Braqa” ilə oyunda xal itkisi ilə üzləşsə “ağ-yaşıllar” sona 3 həftə qalmış çempionluğunu elan edəcəklər.