"Sportinq" "Arsenal"ın təklifini qəbul etməyib
"Arsenal" isveçli hücumçu Viktor Gyökeres üçün "Sportinq"ə 60 milyon avro təklif edib.
Sportline.az "O Jogo"ya istinadən xəbər verir ki, Portuqaliya klubunun rəhbərliyi bu təklifi qəbul etməyib.
"Sportinq" Gyökeres üçün 80 milyon avro tələb edir.
27 yaşlı forvard bu mövsüm meydana çıxdığı 52 matçda rəqib qapılarından 54 top keçirib.
Qeyd edək ki, Viktor Gyökeresin "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.