“Sportinq” “Kayrat”a heç bir şans vermədi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.

Sportline.az xəbər verir ki, "Sportinq" öz meydanında debütant "Kayrat"la qarşılaşıb.

Görüş Portuqaliya çempionunun böyük hesablı qələbəsi ilə yekunlaşıb.

"Sportinq" 4-1 "Kayrat"

Qollar: Trinkao, 44,65, Allison Santos, 67, Covanni Kuenda, 68, Edmilson Filho, 86

Qeyd edək ki, "Sportinq" 3 xalla 4-cü pillədə qərarlaşıb.