SportLine.az-da "Velotur" başlayır

AFFA yanında Media Komitəsi layihə müsabiqəsinin nəticələrini açıqlayıb. SportLine.az saytının təklif etdiyi "Velotur" adlı layihə də seçilənlərdəndir. 

"Velotur" çərçivəsində velosiped idmanının tarixi haqda idmansevərləri məlumatlandırmaq, veloidmanın müsbət cəhətlərini  peşəkar yanaşma ilə ətraflı izah etmək, Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı çıxışlarını, eyni zamanda yerli turnirləri işıqlandırmaq, istedadlı idmançıları oxuculara daha yaxından tanıtdırmaq, nüfuzlu veloyürüşlər – “Tur de Frans”, “Ciro de İtaliya”, “Vuelta” və digər maraqlı yarışlar haqqında ətraflı məlumatlar çatdırmaq və may ayında ölkəmizdə keçiriləcək ənənəvi “Tur de Azərbaycan” yarışını geniş şəkildə işıqlandırmaq nəzərdə tutulub. 

Müsabiqənin bütün nəticələrini diqqətinizə çatdırırıq:

1. Ölkədaxili yarışların (çempionat, kubok, futzal) ən yaxşı şəkildə işıqlandırılması - qalib yoxdur
2. U-17-lər arasında Avropa çempionatı: inkişaf üçün yeni pəncərə - sportbox.az, futbolxeber.az
3. Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması - apasport.az
4. İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması - futbolpress.az, korner.az
5. Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar - komanda.az, idmanxeber.com
6. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur! - "Futbol+", qol.az
7. Uşaq futbolu: problemləri necə aradan qaldırmalı? - "Het-trik news", sportinfo.az
8. Olimpiada: Azərbaycan üçün "idman ölkəsi" imicini təsdiqləmək imkanı - azerisport.com, sportnet.az
9. Cüdo üzrə "Böyük Dəbilqə" turniri - rekord.az
10. Veloidman: həm idman, həm də sağlam həyat tərzi - newsport.az, sportline.az.