Stankoviç: "Bizin çətin oyun gözləyir"

"Neftçi"nin futbolçusu Voyslav Stankoviç klubun televiziyasına açıqlama verib.

Sportline.az xəbər verir ki, müdafiəçi komandanın "Şamaxı" ilə oyuna hazırlığını dəyərləndirib:

"Hazırlıq yaxşı gedir. Rəqibin heyətində yalnız yerli oyunçulardır. "Şamaxı" son oyunlarda yaxşı çıxış edir. Xüsusən də, ev görüşlərində. Son oyunların birində "Sabah"ı da məğlub etdilər. Bizin çətin oyun gözləyir.

Azər Salahlı ilə də, Azər Əliyevlə də oynamaq rahatdır. Baş məşqçinin qərarına görə Əliyevlə oynayıram. Peşəkar futbolçuyam, yanımda kim oynayırsa, öz peşəkarlığımı göstərirəm".

Martın 12-də keçiriləcək "Şamaxı" - "Neftçi" oyunu saat 15:00-da başlayacaq.

Banner