Stolüstü tennisçilər beynəlxalq turnirdə 5 medal qazanıblar

Stolüstü tennisçilər beynəlxalq turnirdə 5 medal qazanıblar

Sportline.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində yeniyetmə stolüstü tennisçilərin "WTT Youth Contender" turnirinə yekun vurulub.

Seçmə komandamız beynəlxalq yarışı 5 medalla başa vurub. Bu gün 11 yaşadək idmançıların mübarizəsinə qatılan Mehin Mirzəbalayeva bütün rəqiblərinə qalib gələrək baş mükafata layiq görülüb.

Əliəkbər Mirzəliyev eyni yaş qrupunda ikinci, Cəfər Almədədli üçüncü yeri tutub. Xatırladaq ki, yarısın ilk günlərində Mehin Mirzəbalayeva ilə Vaqif Babayev U 13 kateqoriyasında üçüncü yerə layiq görülmüşdü.