Stolüstü tennisçilər Birləşmiş Ərəb Əmirliklərinə yollanıblar
Azərbaycanın stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılacaqlar.
Sportline.az xəbər verir ki, milli komandanın üzvləri – Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova və Nigar Mahmudova bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yollanıblar.
İdmançılar baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında dekabrın 15-dən etibarən BƏƏ-də yerli komanda ilə birgə hazırlıq keçəcəklər.
Birləşmiş Ərəb Əmirlikləri Stolüstü Tennis Federasiyasının təşəbbüsü ilə Şarja şəhərində təşkil olunacaq təlim-məşq toplanışına dekabrın 24-də yekun vurulacaq.