Stolüstü tennisçilərin beynəlxalq turniri yekunlaşdı

Bakı İdman Sarayı daha bir beynəlxalq turnirə ev sahibliyi edib.

Sportline.az xəbər verir ki, ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda 70-dən çox idmançı mübarizə aparıb.

Yeniyetmələrin stolüstü tennis üzrə beynəlxalq turnirində Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rsuiya və Latviya nümayəndələri də iştirak ediblər.

2004-2007-ci il yaş qruplarında idmançılar qüvvələrini sınayıblar. Qızlar arasında yarışlarda Arzu Aslanova, Mərziyyə Nürmətova, Aylin Əsgərova Ləman Abdülhəmidova və Mehriban Dadaşova , oğlanlardan isə Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Emin Məmmədov və Kənan Pənahov mükafatçılar siyahısına düşüb.

Qaliblərə medalları Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Türkiyə və İran İranın Stolüstü Tennis Federasiyalarının prezidentləri Fateh Karaca və Mehrdad Əliqardaşi təqdim edib.