Stolüstü tennisçimiz Çində hazırlıq keçəcək

Stolüstü tennisçi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.

Sportline.az-a ASTF-dən verilən məlumata görə, milli komandanın üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə,yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.

Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.