"St.Pauli" 13 il aradan sonra Bundesliqada

Bundesliqa 2-nin 33-cü tur oyununda "St Pauli" doğma meydanda "Osnabrük"ü 3-1 hesabı ilə məğlub edərək sona 1 tur qalmış elitaya vəsiqəni təmin edib.

Sportline.az xəbər verir ki, "Holştein Kiel"dən sonra Bundesliqaya yüksələn ikinci komanda 'St Pauli" oldu.

"Osnabrük" qarşısında "St Pauli"yə gələbə gətirən qolları 7-ci və 58-ci dəqiqədə Afolayan və 68-ci dəqiqədə Hartel vurub.

Qonaqların yeganə qolunun müəllifi isə 90+1-ci dəqiqədə Kehl olub.

Qeyd edək ki, Bundesliqa 2-ni üçüncü sırada tamamlayan "Fortuna Düsseldorf" isə əsas liqanı 18-ci pillədə bitirən komanda ilə pley-off matçı keçirəcək.