Su İdmanı Sarayının gimnastika komandası növbəti yarışa qatılıb

Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi keçirilir.

Sportline.az xəbər verir ki, yarışda Su İdmanı Sarayının gimnastları ilə yanaşı müxtəlif şəhər və rayonların komandaları da iştirak edir.

Birincilikdə 2013, 2014, 2015- ci il təvəllüdlü balacalar, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr, 2008-2010-cu il təvəllüdlü gənclər mübarizə aparırlar.

Azərbaycan birinciliyinə bu gün yekun vurulacaq.