"Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportline.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci dəqiqələrdə, Ronaldo Vaskez 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarına 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.
Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşinci sıradadır.
Günün ilk matçında "Turan Tovuz" evdə "Şamaxı"nı üstələyib - 2:1.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.