"Sumqayıt" Futbol Akademiyasının baş koordinatoru imtahandan keçə bilməyib

"Sumqayıt" Futbol Akademiyasının türk əsilli baş koordinatoru Hakan Sünal növbəti dəfə Pro kateqoriyalı məşqçilik kursunda uğursuzluqla üzləşib.

Sportline.az xəbər verir ki, Sünal AFFA-nın keçirdiyi imtahandan keçə bilməyib.

Qeyd edək ki, Sünal keçən mövsüm akademiya ilə paralel olaraq "Sumqayıt-2"nin də baş məşqçisi olub və komanda mövsümü sondan əvvəlinci yerdə bitirib.

Banner