"Sumqayıt" "Qarabağ" qarşısına belə çıxacaq

"Sumqayıt" komandası "Qarabağ"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXXII turunun oyununa baş məşqçisiz çıxacaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Hazırda İspaniyada təcrübə keçən Samir Abasov sözügedən qarşılaşmada texniki zonada yer almayacaq.

Qeyd edək ki, aprelin 28-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçı saat 20:00-da başlanacaq.