"Sumqayıt" Rusiya klubuna qarşı

"Sumqayıt" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komanda Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov"la qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək. 

"Sumqayıt" sabah vətənə qayıdacaq.

Xatırladaq ki, “Sumqayıt” daha öncə Antalyada Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib.

Banner