"Sumqayıt" Serbiya klubuna qarşı

"Sumqayıt" bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxacaq.

Sportline.az xəbər verir ki, "gənclik şəhəri" təmslçisi Serbiyanın “Radnik” komandası ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Samir Abasovun komandası "Krilya Sovetov" (Rusiya) ilə qarşılaşacaq.

12 yanvar

Yoxlama matçı

17:00. "Sumqayıt" - "Radnik" (Serbiya)

Banner