"Sumqayıt"a yeni rəqib

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” komandasının yoxlama görüşündəki rəqibi dəyişib.

“Gənclik şəhəri” təmsilçisindən Sportline.az saytına verilən məlumata görə, ilk oyundakı rəqiblə bağlı planda dəyişiklik olub.

Samir Abasovun yetirmələri öncədən nəzərdə tutulduğu kimi, Macarıstan təmsilçisi “Mezököveşt”lə deyil, Serbiyanın “Radnik” klubu ilə üz-üzə gələcək. Yanvarın 12-də “Topkapı” hotelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” Antalyada ikinci yoxlama görüşünü yanvarın 17-də Rusiya klubu “Krılya Sovetov”la keçirəcək.

Banner