“Sumqayıt”dan daha bir transfer
“Sumqayıt” 2017/2018 mövsümü üçün növbəti transferini edib.
SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, son mövsümü “Qəbələ”də keçirən Süleyman Süleymanovla 3 illik müqavilə imzalanıb. 19 yaşlı qapıçı 36 nömrəli forma altında çıxış edəcək.
Xatırladaq ki, S. Süleymanov Azərbaycanın U-15, U-16, U-17, U-19 və U-21 millilərində çıxış edib.