"Sumqayıt"ın kapitanı zədələndi
"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov sıradan çıxıb.
Sportline.az xəbər verir ki, 35 yaşlı müdafiəçi Misli Premyer Liqasının 19-cu turunda "Zirə" ilə hazırda davam edən səfər matçında zədələnib. Onu 34-cü dəqiqədə Rüfət Abdullazadə əvəzləyib.
Qeyd edək ki, hazırda sözügedən görüşdə fasilədir. "Sumqayıt" 1:0 hesabı ilə öndədir.