"Sumqayıt"ın Rusiya klubu ilə oyunun vaxtı açıqlandı
Sumqayıt” Antalya toplanışında son yoxlama oyununu Rusiya Premyer Liqası təmsilçisi “Krılya Sovetov”a qarşı keçirəcək.
Sportline.az kubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Titanic Mardan" otelinin idman kompleksində baş tutacaq oyun yanvarın 17-də yerli vaxtla saat 14:30-da başlanacaq.
“Sumqayıt” bundan əvvəl "Radnik"ə 2:1 qalib gəlmişdi.