"Sumqayıt"ın vitse-prezidenti vəfat etdi

"Sumqayıt" klubunun vitse-prezidenti Vaqif Ömərov dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, funksioner 69 yaşında vəfat edib.

Onun uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişdiyi vurğulanıb. Klubdan bildirilib ki, Ömərov sonuncu dəfə fevralın 13-də "Sumqayıt"ın "Səbail"ə 3:0 hesabı ilə qalib gəldiyi ev oyununu canlı izləyib.

Allah rəhmət eləsin!