Super Liqa klubuna yeni başqan seçildi
Türkiyə Super Liqasında mübarizə aparan "Antalyaspor" klubunun yeni rəhbərinin adı məlum olub.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 may 2021 tarixindən etibarən "Antalyaspor"a prezidentlik edən Əziz Çetini Sabri Güləl əvəzləyəcək.
O, səsvermənin nəticəsinə görə digər namizədi qabaqlayaraq bu posta layiq görülüb.
Sabiq başqan Əziz Çetin isə "Antalyaspor" klubunun dərnək rəhbəri kimi fəaliyyətinə davam edəcək.