Superliqa klubunda baş məşqçi istefası
Türkiyənin “Ankaragücü” klubunun baş məşçqisi Ömer Erdoğan istefa verib.
Sportline.az xəbər verir ki, o, Superliqanın 23-cü turunda "Karagümrük”lə matçdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb.
Bu, son beş matçda "Ankragücü"nün üçüncü məğlubiyyət olub.
Ankara təmsilçisi Superliqada 21 turdan sonra 22 xalla 13-cü pillədə qərarlaşıb. Erdoğan 2022-ci iliin yayından bu komandanı çalışdırırdı.