Svanadze: "Klub rəhbərliyi də bu haqda düşünür"
“Normal oynadıq. Komandamdan razıyam. Futbolçular əllərindən gələni etdilər. Rəqib qapısı qarşısında təhlükə yarada bilirdik. Lakin sonda yenə qələbəni əldən verdik. Növbəti oyunlarda daha yaxşı oynamağa çalışacağıq”.
SportLine.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 8-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra deyib.
Gürcü mütəxəssis həmkarı, “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun “İnter Arena”nın qazonundan şikayətlənməsinə belə münasibət bildirib:
“Qazona nə olmuşdu? Qar yağmışdı? Başa düşürəm, qazon ilk vaxtdakı kimi deyil. Klub rəhbərliyi də bu haqda düşünür. Mövsümün sonunda süni qazon təbii ilə əvəzlənəcək”.