Talişka karyerasını Türkiyədə davam etdirə bilər

 “Beşiktaş” Anderson Talişkanın xidmətində maraqlıdır.

Sportline.az “Fotomaç” nəşrinə istinadən xəbər verir ki, “Qara qartal"lar 30 yaşlı futbolçu üçün yanvar ayında “Əl-Nəssr” klubuna rəsmi təklif göndərəcək.

Talişkanın bu təklifi dəyərləndirəcəyi bildirilir.

Qeyd edək ki, Talişka daha əvvəl “Beşiktaş” klubunda çıxış edib.

O, İstanbul klubunda meydana çıxdığı 55 matçda 27 qol 18 asistlə yadda qalıb.