Talişka yenidən Türkiyədə çıxış edə bilər

İstanbul nəhəngi “Fənərbağça”nın yanvarda Anderson Talişkanı transfer edəcəyi gözlənilir.

Sportline.az “ntvsport”ə istinadən xəbər verir ki, brazilyalı futbolçu “Fənərbağça”da çıxış etməyə müsbət yanaşdığı bildirilir.

Oyunçunun transfer qiyməti 10 milyon avrodur.

30 yaşlı futbolçu bu sezon “Əl-Nəsr”də 17 oyunda 8 qolla yadda qalıb.

Qeyd edək ki, Anderson Talişka 2016-2018-ci illər ərzində “Beşiktaş” klubunda çıxış edib.