Tanınmış futbol adamı azərbaycanlı səhmdarı tənqid edib
"Simurq" futbol klubunun sabiq baş məşqçisi Sergey Yuran Rusiyanın "Ximki" klubunun səhmdarı Tufan Sadıqovu tənqid edib.
Sportline.az xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sport-Express" nəşrinə müsahibəsində azərbaycanlı iş adamını məşqçilər heyətinin işinə müdaxilə etməkdə günahlandırıb.
O bildirib ki, Sadıqovla futbol məsələlərində dil tapmaq çox çətindir: "O, özünü futbolun ən yaxşısı hesab edir. Amma hansı oyunçuların lazım olub-olmadığına baş məşqçi deyil, investor qərar verməyə başlayırsa, bu, sizi uğursuzluğa aparan yoldur".
Qeyd edək ki, Sergey Yuran 2011/2012 mövsümündə "Simurq"a rəhbərlik edib.