Tanınmış futbol funksioneri koronavirusa yoluxdu

İtaliya "Milan"ının sabiq vitse-prezidenti Adriano Qallianidə koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə 77 yaşlı funksionerin hazırda baş direktoru olduğu "Montsa" klubunun rəsmi saytı məlumat yayıb.

Onun tibbi protokol və sanitariya qaydalarına uyğun təcrid olunduğu bildirilib.

Qeyd edək ki, Adriano Qalliani 2018-ci ildən B Seriyası təmsilçisi "Montsa"da çalışır.