Tayler Diblinqin transfer qiyməti bilinib
"Sounthempton" ingiltərəli futbolçusu Tayler Diblinqin transfer qiymətini açıqlayıb.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu 19 yaşlı futbolçu üçün 45+5 milyon avro tələb edir.
Diblinqin klubla müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, gənc futbolçu ötən mövsüm meydana çıxdığı 38 matçda 4 qol 2 asistlə yadda qalıb.