Təmkin Xəlilzadə: "Azarkeşlərdən üzr istəməyi özümə borc bilirəm"
Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə Portuqaliyaya uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu instaqram hesabında məğlubiyyətə görə məyus olduğunu bildirib.
"Kəlimələrə sığmayacaq qədər üzgünəm. Hər zaman yanımda olan, dəstək verən azarkeşlərimdən üzr istəməyi özümə borc bilirəm", - deyə Xəlilzadə vurğulayıb.
Yığmanın yarımmüdafiəçisi Qara Qarayev isə azarkeşlərə təşəkkür edib: "Şüphəsiz ki, siz daha çox qalibiyyətlərə layiqsiniz".
Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.