Ten Haq şotlandiyalı futbolçunun komandada qalmasını istəyir

Yarımmüdafiəçi Mek Tominey "Mançester Yunayted"də qala bilər.

Sportline.az Sky Sport-a istinadla xəbər verir ki, "mankunyanlar"ın baş məşqçisi Erik Ten Haq 27 yaşlı oyunçunun komandada qalmasını istəyib.

Mek Tominey ötən mövsüm Mançester klubunun heyətində 43 oyuna çıxıb və aktivinə 10 qol, 3 məhsuldar ötürmə yazdırıb.

Qeyd edək ki,  futbolçunun xidmətində "Qalatasaray" və "Fulhem" maraqlıdır.