Tərlan Əhmədli: "Mövsümün ilk yarısı yeni yığılan komanda üçün yaxşı keçdi"

"Mövsümün ilk yarısı yeni yığılan komanda üçün yaxşı keçdi".

Bunu Sportline.az saytına açıqlamasında "Turan Tovuz" klubunun qapıçısı Tərlan Əhmədli deyib.

Gənc futbolçu Antalyadakı təlim-məşq toplanışını da dəyərləndirib: "Antalyadayıq. Təlim-məşq toplanışımız əla keçir. İnşəallah, çalışacağıq ki, mövsümün ikinci yarısına qədər tam hazır olaq. Məşqlər qaydasında gedir. Qarşıda bizi xeyli oyun gözləyir. Bacardığımız qədər çox xal yığmaq niyyətindəyik".

Banner