Tərlan Əhmədovla bağlı qərar verildi
Tərlan Əhmədov "Kəpəz"də işinə davam edəcək.
Sportline.az xəbər verir ki, bu barədə klub rəhbərliyinin iclasında qərar qəbul edilib. Əhmədova daha bir neçə tur şans vermək məqsədəuyğun hesab edilib. Qarşıdakı matçlarda qeydə alınacaq nəticələrdən asılı olaraq, onun komandadakı gələcəyinə aydınlıq gələcək.
"Kəpəz"in son turlardakı uğursuz çıxışına görə azarkeşlər baş məşqçini istefaya səsləyir. Gəncə klubu 22 turdan sonra 14 xalla Premyer Liqanın turnir cədvəlində sonuncu - 10-cudur.