Tete Brazilya klubuna transfer oldu

“Panatinaykos”un futbolçusu Tete karyerasını yenidən “Qreymo”da davam etdirəcək.

Sportline.az xəbər verir ki, 25 yaşlı sağ cinah vingeri klubla 3 illik müqavilə imzalayıb.

Bu haqda Brazilya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tete 2023-2024-cü illər ərzində “Qalatasaray”da çıxış edib.