Tez parlayıb tez də sönən ulduz
Xviça Kvarasxeliyanın ulduzu elə də çox parlamadı.
Sportline.az xəbər verir ki, "Napoli"dəki ilk mövsümündə adından söz etdirən futbolçu bu il etimadı doğrultmağı bacarmır.
Gürcü vinger İtaliyanın qiymətini itirən futbolçularının "Top-5"liyinə düşüb.
Transfermarkt portalının məlumatına əsasən 22 yaşlı futbolçunun qiyməti 5 milyon avro enərək 80 milyon avro olub.
Bu siyahıya "Yuventus"un yarımmüdafiəçisi Nikolo Facoli başçılıq edir.