TFF Merih Demiralın cəzası ilə bağlı apelyasiya verib

Türkiyə Futbol Federasiyası və Merih Demiral AVRO:2024-ün iki oyunundan kənarlaşdırılma ilə bağlı apelyasiya şikayəti edib.

Sportline.az xəbər verir ki, bu haqda məlumatı jurnalist Yağız Sabunçuoğlu X sosial şəbəkəsində paylaşıb.

Onun sözlərinə görə, onlar UEFA-ya futbolçuya verilən cəzaya yenidən baxılması ilə bağlı müraciət ediblər.

Müraciətə 24 saat ərzində cavab veriləcəyi bildirilir.

Xatırladaq ki, insident Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya - Türkiyə matçında (1-2) yaşanmışdı. 

Həmin oyunda hər iki qolun müəllifi Merih Demiral "Boz qurd" işarəsindən istifadə etmişdi.