Tino Perez: "Qrupdan çıxa bilsək, bu, bizim üçün uğur olacaq"
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino perez Hollandiya ilə oyundan sonra fikirlərini bölüşüb. SportLine.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
“Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Hollandiyada qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə nail olduq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.