Tofiq Bəhramov - 91
Bu gün dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 91 illiyidir. SportLine.az xəbər verir ki, məşhur referi 1925-ci ilin bu günü Ağcabədi rayonunda dünyaya gəlib.
Əksəriyyət onu 1966-cı il Dünya çempionatının finalındakı məşhur qərarı ilə tanısa da, azərbaycanlı hakimin iştirakı ilə başqa mühüm futbol görüşləri də baş tutub. 1968-ci ildə Çempionlar Liqası yarımfinal oyununda "Mançester Yunayted" - "Real Madrid", 1970-ci il Dünya Çempionatının yarımfinalında Braziliya - Uruqvay, 1972-ci il Klublararası Dünya Çempionatının finalında "Ayaks" - "İndependiyente" qarşılaşmaları həmyerlimizin iştirakı ilə keçirilib. Bu siyahıya başqa oyunları da əlavə edə bilərik. 1964-cü ildə beynəlxalq dərəcəli hakim statusu alandan sonra Tofiq Bəhramov SSRİ çempionatında, eləcə də, Avropa və dünyada bir-birindən mühüm oyunlarda ədaləti təmsil edib.
Tofiq Bəhramov haqqında sənədli film çəkilib. O, Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşüb.
T.Bəhramov 26 mart 1993-cü ildə dünyasını dəyişib.