Tokio 2020: 3 idmançımız yarımfinalda

Tokio-2020 Yay Paralimpiya Oyunlarında kişilər arasında (81kq) çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Hüseyn Rəhimli ilk görüşündə britaniyalı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Sportline.az xəbər verir ki, Hüseyn Rəhimli növbəti görüşündə koreyalı rəqibi Lee ilə qarşılaşacaq.

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva da ilk görüşündə qazaxıstanlı rəqibinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Sevda Vəliyeva yarımfinalda türkiyəli rəqibi Zeynep Çelik ilə qarşılaşacaq.

Qadınlar arasında 63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Xanım Hüseynova ilk görüşündə yapon rəqibindən üstün olaraq yarımfinala vəsiqə qazanıb. Xanım Hüseynova yarımfinalda çinli rəqibi Yue Wang ilə qarşılaşacaq.