Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.
Sportline.az xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.
Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.
Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.
Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də olacaq.