Tokio 2020-də həyəcanlı anlar
Tokio-2020 Yay Olimpiya Oyunlarında həyəcanlı hadisə yaşanıb.
Sportline.az xəbər verir ki, kamandan ox atma idman növündə Rusiyanı təmsil edən Svetlana Qomboeva huşunu itirib. 23 yaşlı idmançı isti havanın təsirindən özündən gedib.
İdmançının məşqçisi Stanislav Popov açıqlamasında "Belə hadisə ilk dəfədi baş verir. Vladivastokda etdiyimiz məşqlər zamanı da hava bu cür idi" deyə bildirib.