Tokio-2020: Paralimpiadada daha 7 nəfər koronavirusa yoluxub
Tokio-2020 Yay Paralimpiya Oyunlarında koronavirusa yoluxanların sayı növbəti dəfə artıb.
Sportline.az yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 7 nəfərin testi müsbət nəticələnib.
İnfeksiya aşkarlanan şəxslər arasında idmançı yoxdur.
Qeyd edək ki, Tokio paralimpiadası sentyabrın 5-də başa çatacaq.