Toni Adamsın İspaniyada debütü uğursuz alındı
"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniya çempionatında debüt edib. Sportline.az xəbər verir ki, o, "Qranada"nın sükanı arxasında ilk matçını keçirib. 32-ci turun "Selta" ilə ev oyunu Adamsın komandasının böyük hesablı məğlubiyyəti ilə nəticələnib - 0:3. İlk yarıda Sançes Jozabedin qoluna mane ola bilməyən "Qranada" növbəti qollarını ikinci hissənin sonlarında 4 dəqiqə ərzində buraxıb. Həmin topların müəllifləri Marselo Dias və Klaudio Bovue olub.
Bu məğlubiyyətdən sonra "Qranada" 20 xalla 19-cu pillədə qalıb. Bu komandanı sona 6 tur qalmış La Liqadan enməməyə imkan verən 17-ci pillədən 7 xal ayırır.
Qeyd edək ki, turnir cədvəlinə 75 xalla "Real Madrid" başçılıq edir. "Barselona" 72 xalla 2-ci, "Atletiko" 65 xalla 3-cüdür.