Torreyra “Qalatasaray”dan ayrıla bilər
“Qalatasaray”ın 28 yaşlı uruqvaylı futbolçusu Lukas Torreyra 2025-ci ilin yayında klubdan ayrıla bilər.
Sportline.az “El Crack Deportivo” saytına istinadən xəbər verir ki, “Boka Xuniyors”un prezidenti Xuan Roman Rikelme uruqvaylı futbolçunu trasfer etmək niyyətindədir.
Lukas Torreyranın hazır ki transfer dəyəri 15 milyon avro olaraq təyin edilib.
Qeyd edək ki, Lukas Torreyra bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 12 matçda 1 qol və 3 asistlə yadda qalıb.