"Totenhem" - "Mançester Siti": Düşərgələrdə son durum

İngiltərə Premyer Liqasında 34-cü həftədən təxirə salınan oyunda "Mançester Siti" səfərdə "Totenhem"lə qarşılaşacaq.

Sportline.az xəbər verir ki, oyunqabağı londonluların heyətində ciddi itkilər var.

Yes Bisuma, Ben Deyvis, Rişarlison, Manor Salomon, Destni Udoqi və Timo Verner zədəyə görə matçı buraxacaq.

Qonaqlarda isə yalnız Natan Akenin oynayıb - oynamayacağı sual altındadır.

Bu vacib oyun bu gün saat 23:00-da başlanacaq.

Qeyd edək ki, Premyer Liqada sona 1 tur qalmış "Arsenal" 86 xalla liderlir.

1 oyun az keçirən "Mançester Siti" 85 xalla ikincidir.