"Totenhem" "Siti"yə uduzmasa bir daha onlara gülməyəcəm"

"Arsenal"ın sabiq oyunçusu Mesut Özil "Mançester Siti" ilə oyun öncəsi "Totenhem"ə dəstək olub.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, türk əsilli futbolçu öz "X" sosial şəbəkəsində bu ifadələri işlədib.

"İlk dəfə, bu gecə: İrəli, "Spurs"! Əgər, "Totenhem" bu oyunu uduzmasa, bir daha onlara gülməyəcəm...söz verirəm", - deyə Özil bildirib.

Qeyd edək ki, çempionluq uğrunda mübarizə aparan "Mançester Siti" bu gün səfərdə "Totenhem"lə görüşəcək.

Matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.