"Totenhem"in futbolçusu mövsümü başa vurub

"Totenhem"in almaniyalı hücumçusu Timo Verner mövsümü başa vurub.

Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki,  Premyer Liqanın 35-ci turunda "Arsenal" ilə keçirilən oyunda zədələnən Timo Verner mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

İcarə əsasında "Totenhem"də çıxış edən Verner bu mövsüm çıxdığı 14 oyunda 2 qol və 3 asistlə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı hücumçunun 2024-cü il Avropa Çempionatını da buraxma ehtimalı var.