"Tottenhem" Ceykoba elçi düşüb

"Tottenhem" klubu bu yay heyətini gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, "Aston Villa"nın ingiltərəli futbolçusu Ceykob Remzi "Tottenhem"in əsas transfer hədəfinə çevrilib.

24 yaşlı futbolçunun dəyəri 50 milyon avrodur. "Mahmızlar" bu məbləği Birmingem klubuna ödəməyə hazırdır. Lakin son qərarı futbolçunun özü verəcək.