"Tottenhem" fransalı futbolçu ilə anlaşıb
"Çelsi"nin fransalı futbolçusu Aksel Disasi "Tottenhem"in transfer hədəfinə çevrilib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Tottenhem" Disasi ilə razılıq əldə edib.
26 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Disasinin "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.