"Tottenhem" ingiltərəli futbolçunu transfer etmək istəyir

"Tottenhem" "Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford üçün elçi düşüb.

Sportline.az "İndependent" nəşrinə istinadən xəbər verir ki, London klubu Reşfordu icarə əsasında heyətinə qatmaq istəyir.

"Mançester Yunayted" isə Reşfordu birdəfəlik satmaq niyyətindədir.

Qeyd edək ki, Reşford üçün 60 milyon avro tələb olunur.

O cari mövsüm çıxış etdiyi 24 matçda 7 qol və 3 asistlə yadda qalıb.